Pensiyalar nə vaxt və nə qədər artacaq? – AÇIQLANDI

image-pul1-1backend

“2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb”.

Busaat.az xəbər verir ki, bunu Millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

O, bildirib ki, Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır:

“Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir.

Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki