Pentaqon 2024-cü ilə qədər 170 milyard dollarlıq silah tələb edəcək

image-pentaqonbackend

ABŞ Müdafiə Nazirliyi martın 13-də Ukraynaya göndərilən döyüş sursatlarının yerini doldurmaq və Çinlə mümkün münaqişə zamanı lazım ola biləcək uzaqmənzilli raketlərin artırılması üçün 170 milyard dollarlıq yeni sursat tələb edəcək. Sorğu 2024-cü maliyyə ili büdcəsinin açıqlanmasının bir hissəsi kimi dərc edilməlidir.

Busaat.az xəbər verir ki, bu barədə Bloomberg Pentaqonun daxili sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu üçün 76,8 milyard dollar tələb edəcək ki, bunun da 32,8 milyard dolları yeni gəmilərin tikintisinə sərf olunacaq; ABŞ Kosmik Qüvvələri də daxil olmaqla Hərbi Hava Qüvvələri üçün 61 milyard dollar; Quru qoşunları üçün 24,4 milyard dollar ayrılması nəzərdə tutulur.

Müraciətin ümumi məbləği 300 milyard dollardan çoxdur.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90