Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.49 $▼0.37%
  • WTI neft88.43 $▼0.15%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.158 $▼2.23%
  • Qızıl3 891 $▲0.11%
  • Gümüş48.64 $▼0.99%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 721 $▼0.70%
  • Ethereum1 808 $▼1.07%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Maqazin

Peskovdan Qalkinin sözlərinə - Reaksiya

image-mycollages_-_2022-09-05t134043-652
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni qınayan və ölkədən gedən şoumen Maksim Qalkin haqda danışıb.

Bu barədə Busaat.az TASS-a istinadən xəbər verir.

“Elə artistlər var ki, onlar özlərini tamamilə ədəbsiz və qəbuledilməz bəyanatlarla ləkələyiblər”, – Peskov deyib.

“Mən Alla Puqaçovanın heç bir bəyanatını eşitməmişəm. Həyat yoldaşı isə (Qalkin-red.), hə, onunla yolumuz bir deyil, pis bəyanatlarla çıxış edirdi”, – o əlavə edib.

Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Puqaçovaya olduqca normal yanaşır: “Onlar bir-birilərini tanıyırlar, dəfələrlə görüşüblər”.

Qeyd edək ki, M. Qalkin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ilk günlərində bu sözləri yazmışdı: “Sübh tezdən Ukraynadan olan doğmalarım və dostlarımla əlaqədəyəm! Nə hiss etdiyimi sözlə ifa etmək olmur. Bunu necə etmək olar! Müharibəyə heç bir halda haqq qazandırmaq olmaz! Müharibəyə yox!”

Xatırladaq ki, A. Puqaçova və M. Qalkin övladları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda ölkədən getmişdi. Ailə bir müddət İsraildə yaşayıb, daha sonra Latviyaya köçüb. Bu günlərdə A. Puqaçova övladları ilə birlikdə Rusiyaya qayıdıb.Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84968