“İllərdir ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın güclü və yaxın tərəfdaşı olub. Bizim bu əməkdaşlıqda prioritetlərimiz var”.
Busaat.az xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” tədbirində deyib.
O bildirib ki, münaqişənin başlandığı vaxtdan bəri Azərbaycan vətəndaşları minalardan əziyyət çəkib və bu illər ərzində Aİ Azərbaycanın yanında olub: “Bu gün minalardan təmizləmə Azərbaycan üçün əsas prioritetlərdən biridir və bu istiqamətdə biz Azərbaycana kömək etməyə hazırıq”.