Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.15 $▼1.52%
  • WTI neft90.45 $▼1.09%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)2.993 $▲1.25%
  • Qızıl4 083 $▲0.72%
  • Gümüş52.13 $▲1.13%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda593.00 ¢▼0.38%
  • Bitcoin75 595 $▼0.49%
  • Ethereum2 225 $▼0.44%
  • S&P 5007 404▲0.65%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

PKK/YPG  Suriyaya toplaşır

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Terror təşkilatı PKK/YPG Suriyadakı işğalını möhkəmləndirmək üçün İraq və İrandan gətirdiyi tərəfdarlarına silahlı təlimlər verir.

Busaat.az xəbər verir ki, separatçı təşkilat 3 yanvardan etibarən İraq və İranda topladığı 1300 kişi və qadın tərəfdarını Suriya ərazisinə keçirdi. Türkiyənin mümkün hərbi əməliyyatına qarşı Aynularabdakı işğalını gücləndirmək məqsədilə tərəfdarlarını Suriyaya gətirərək onları Haseke vilayət mərkəzi və Qamışlı rayonunda topladı. Toplanan terrorçular daha sonra Rəqqa və Deyr əz-Zor bölgələrindəki silahlı təlim düşərgələrinə göndərilir.

Suriyanın üçdə birini işğal altında saxlayan PKK/YPG İraqın şimalından Suriyanın şimal-şərqinə qədər uzanan logistik xətt vasitəsilə terrorçu keçidlərini təmin edir.

Xatırladaq ki, keçən həftə Türkiyənin Xarici işlər naziri Hakan Fidan “Onlara (PKK/YPG-yə) verdiyimiz ultimatumu hər kəs bilir. Amerikalılar vasitəsilə də, mətbuat vasitəsilə də bildirdik. Beynəlxalq terrorçu statusu daşıyan, Türkiyədən, İrandan, İraqdan gəlmiş şəxslərin dərhal Suriyanı tərk etməsi lazımdır” deyə bəyan etmişdi. ABŞ Dövlət Departamentinin Siyasi İşlər üzrə müvəqqəti müdir müavini Con Bass da Türkiyənin təhlükəsizlik narahatlıqlarını anladıqlarını və Suriyada olan xarici terrorçuların ölkəni tərk etməsinin vacibliyini qeyd etmişdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156432