“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino “Nottingem Forest”lə Premyer Liqa matçında (0:1) “Çelsi” azarkeşlərinin fit çalmasından danışıb.
Busaat.az xəbər verir ki, bu barədə Football.London məlumat yayıb.
“Keçmişin nəticələrinə alışmış insanları başa düşmək olar. Onlar komandanın qalib gəlməsini və yaxşı oyununu görmək istəyirlər. Biz parlaq oynamırıq, amma məncə, performans pis deyildi. İlk dəqiqələrdə qol vursaydıq və iki dəqiq şansımız olsaydı, hesab 2-0 ola bilərdi, bəlkə də matç başqa cür bitərdi.
Azarkeşlər qələbə qazanmaq istəyirlər. Onlara xoşbəxt olmaq imkanı verməliyik, işləməyə davam etməliyik. Başa düşürəm ki, bu, “Çelsi”dir. Burada hər oyunda qalib gəlmək lazımdır”, – Poçettino qeyd edib.
“Çelsi” 4 xalla Premyer Liqa cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Londonlular turnirin dörd açılış oyununda beş qol vurub.