Poçettino “Çelsi”nin “Aston Villa” ilə oyunda məğlubiyyətindən danışıb

image-maurisio-pocettinobackend

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə çempionatının 6-cı turunda “Aston Villa” ilə oyunda məğlubiyyətini şərh edib. Londonun “Stemford Bric” stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Busaat.az xəbər verir ki, bu barədə FourFourTwo məlumat yayıb.

“Mənə vaxt verin, çünki oyundan sonra sahibləri görmədim. Əlbəttə, onlar məyusdurlar, lakin eyni zamanda planı dəstəkləməlidirlər”, – Pochettino söyləyib.

Altı turdan sonra “Çelsi” beş xalla İngiltərə çempionatının turnir cədvəlində 14-cü yerdədir. Komanda Premyer Liqada ardıcıl üç oyundur ki, qalib gələ bilmir – iki məğlubiyyət və bir heç-heçə.

Növbəti turda “Çelsi” “Fulhem”lə qarşılaşacaq. Matç oktyabrın 2-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki