“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino ofisində niyə limon saxladığını açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Limonlara vaxt verin. Hamımızın inandığı budur. Yaxşı enerjiyə sahib olmaq istəyirsinizsə, inandığınız hər şeyi həyata keçirməlisiniz. Mən limonlara inanıram, amma “Tottenhem”də bir il yarım və ya iki ildən sonra işə başladılar. Çox vaxt aparırlar, sehrli deyillər, amma yenə də onlara həmişəkindən daha çox inanıram.
Bu gün ofisimdə İspaniyadan, İtaliyadan sarı, yaşıl, müxtəlif növ limonlar var. Mən həmişə sarı limonun yaşıldan daha yaxşı işlədiyini düşünürdüm, amma indi istənilən rəngə inanıram – istənilən rəng kömək edə bilər. Mən mavi limon ala bilsəydim, daha da yaxşı olardı”, – Poçettino söyləyib.
Altı turdan sonra “Çelsi” beş xalla İngiltərə çempionatının turnir cədvəlində 14-cü yerdədir.