Polis Biləsuvarda 5 kiloqram narkotik və silah-sursat aşkarlayıb  

image-3backend
image-ad_qayo_720x110px

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı ardıcıl əməliyyat tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Busaat.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Əli Tağıyev, Maqsud Əliyev, Mərahim Alcanov saxlanılıb. Onlardan ümumilikdə 5 kiloqram tiryək, meramfetamin və marixuana aşkarlanıb.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində keçirdikləri tədbirlərlə isə Dövlət Xəlilov saxlanılıb. Ondan 1 ədəd “AKS-74U” markalı avtomat, 19 ədəd patron və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki