Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 864 $▼6.39%
  • Ethereum1 751 $▼9.13%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Kriminal

Polis şöbəsində halı pisləşib ölən şəxs özünü vəkil kimi tanıdıbmış

image-1674216168_1674215247_4ca3e71d52e25ac8c9b1bb97c16f9ccc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yanvarın 19-da axşam saatlarında Kürdəmir Rayon Polis Şöbəsində halı pisləşən və xəstəxanada vəfat edən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən 1968-ci il təvəllüdlü Oktay Əliyev özünü vəkil kimi təqdim edibmiş.

Belə ki, bir müddət əvvəl Kürdəmir sakini həbsdə olan qohumunun azadlığa çıxarılması üçün vəkil axtarışına çıxıb və Bakıda Oktay Əliyevlə tanış olub. O.Əliyev ona həmin şəxsi məhkəmə vasitəsi ilə azadlığa buraxdıracağına söz verib və bunun müqabilində 38 min manat alıb.

Özünü vəkil kimi təqdim edən, əslində isə Vəkillər Kollegiyasının üzvü olmayan şəxs həmin vəsaiti Bakıdan Kürdəmirə gedərək Dördyol adlanan ərazidə alıb. Lakin xeyli vaxt keçsə də, o, vədinə əməl etməyib. Bundan sonra pulu verən tərəf O.Əliyevdən polisə şikayət edib və onun barəsində cinayət işi açılıb.

Dünən isə polisin çağırışı əsasında O.Əliyev Bakıdan Kürdəmirə gedib. Vəkilinin iştirakı ilə aparılan dindirilmə zamanı onun təzyiqi yüksəlib. Dərhal təcili tibbi yardım briqadası çağırılıb və O.Əliyev xəstəxanaya çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq O.Əliyev orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97743