Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Polşa enerji təhlükəsizliyi üçün kömürdən istifadənin tərəfdarıdır

image-15294952293712555502_1000x669
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Enerji təhlükəsizliyinin təməli əsas olduğu müddətcə kömür hasilatımızı uzun illər davam etdirəcəyik”.

Busaat.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini Jacek Sasin Polşa radiosuna danışıb.

Sasin Polşanın investisiya yatırmaq üçün təhlükəsiz mühitə sahib olduğunu bildirib. Baş nazirin müavini Cənubi Koreya və ABŞ ilə AES müqavilələrinə toxunaraq bu müqavilələrin Polşanın etibarlı ölkə olduğuna nümunə olduğunu vurğulayıb.

“Enerji böhranı dövrü dövlətin bazar mexanizmlərinə müdaxilə etməsi deməkdir. Əks halda ayrı-ayrı istehlakçılar və müəssisələr üçün enerjinin qiyməti çox yüksək olacaq. Bu əlçatmaz qiymətlə üzləşmək deməkdir. Ona görə də lazımi tədbirləri gördük” – deyə, Sasin Rusiya-Ukrayna müharibəsi səbəbiylə enerji böhranı yaşandığına diqqət çəkib.

Kömürün ehtiyac duyulan yerdə mövcud olmasını təmin etmək üçün addımlar atdıqlarını vurğulayan polşalı diplomat əlavə edib: “Müharibə başlayandan dərhal sonra dövlət şirkətləri vasitəsilə kömür idxalını artırmağa başladıq. Uzun illər kömür çıxarmağa davam edəcəyik. Nə qədər ki bu enerji təhlükəsizliyinin əsasını təşkil edir o zamana qədər bu fəaliyyətlərə davam edəcəyik. Ölkədə kömür paylanması prosesinə yerli özünüidarəetmə orqanları da öz töhfəsini verir. Lazımi addımlar atılır”

Qeyd edək ki, Rusiyadan təbii qaz alışını tamamilə dayandıran Polşanın enerji təhcizatında kömür mühüm yer tutur.

İqlim hədəflərinə uyğun addımlar atmamamqda günahlandırılan Polşa rəsmiləri emissiya ilə bağlı narahatlıqların böhran zamanı təxirə salınmalı olduğunu iddia edir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91238