Portuqaliyada da işçilər tətilə başladı

image-download-13backend

Portuqaliyada “Comboios de Portugal” (CP) dövlət dəmir yolu şirkətinin işçiləri maaşlarının artırılması tələbi ilə 24 saatlıq tətil keçiriblər.

CP işçilərinin 2022-ci ilin noyabrında başlayan və müntəzəm fasilələrlə keçirilən tətili səbəbindən Portuqaliyada qatar xidmətlərinin yarısından çoxunun ləğv edildiyi bildirilib.

Busaat.az xəbər verir ki, katoliklərin Pasxa bayramının ilk gününə təsadüf edən tətil nəticəsində çoxlu sərnişinin çarəsiz vəziyyətdə qaldığı qeyd edilib.

CP-dən verilən məlumata görə, nəzərdə tutulan tətildə 254 qatar xidmətindən 138-nin ləğv edildiyi bildirilib.

Maaş artımı tələbi ilə keçirilən tətillərə dəstək verən CP işçilərinin bağlı olduğu 8 həmkarlar ittifaqı 10-30 aprel tarixlərində yerli vaxtla saat 00:00-05:00 arasında fəaliyyətini dayandıracaqlarını açıqlayıb.

Maaş artımı ilə yanaşı, dəmiryolçular karyera qiymətləndirmələrində, iş və təhlükəsizlik şəraitinin yaxşılaşdırılmasında yeni qaydalar tələb edirlər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki