Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 649 $▼2.31%
  • Ethereum1 889 $▼2.02%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

Premyer Liqa: “Səbail” Qəbələdə “Kəpəz”ə qalib gəlib

image-1707742925199407263065ca16cdba100
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Busaat.az xəbər verir ki, günün yeganə matçında “Səbail” “Kəpəz”lə üz-üzə gəlib.

Gəncə şəhər stadionundakı yenidənqurma işləri ilə əlaqədar “Kəpəz” bu rəqibini də Qəbələdə qəbul edib. Qarşılaşmada hesabı nominal meydan sahibləri açıblar. 29-cu dəqiqədə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.

Lakin gəncəlilər üstünlüyü qoruya bilməyiblər. Əvvəlcə 45+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom “skatus-kvo”nu bərpa edib. Fasilədən dərhal sonra bakılılar önə keçiblər. 51-ci dəqiqədə Rüfət Abdullazadə yaxın məsafədən “çərçivə”ni dəqiq nişan alıb. Bundan 9 dəqiqə sonra Suleyman Alluş cərimə meydançası daxilindən qüvvətli zərbə ilə toru silkələyib. Niderlandlı yarımmüdafiəçi 90-cı dəqiqədə dublunu rəsmiləşdirib. Alluş müdafiə xəttinin kobud səhvini bağışlamayıb.

Beləliklə, 4:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 30-a yüksəldib. Şahin Diniyevin yetirmələri 5-ci pillədə qərarlaşıb. 9-cu sıradakı “Kəpəz” isə 20 xalda qalıb.

Qeyd edək ki, turun ilk matçında “Qarabağ” “Sabah”la heç-heçə edib – 3:3. XXII turun digər oyunları fevralın 13-də baş tutacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=134405