Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 474 $▼2.56%
  • Ethereum1 871 $▼2.94%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Prezident başsağlığı verdi

image-1669466941_ilham-aliyev-yeni
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyev Dağıstanın keçmiş rəhbəri Maqomedali Maqomedovun vəfatı ilə bağlı doğmalarına və yaxınlarına başsağlığı verib.

Busaat.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Dağıstanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycan xalqının böyük dostu Maqomedali Maqomedovun vəfatı xəbəri məni dərindən kədərləndirdi.

Maqomedali Maqomedov Azərbaycan və Dağıstan arasında ənənəvi dostluq əlaqələrinin inkişafına və genişlənməsinə, xalqlarımız arasında qarşılıqlı anlaşma və etimad ab-havasının möhkəmlənməsinə sanballı töhfə verib.

Maqomedali Maqomedoviç Maqomedov ilə Heydər Əlirza oğlu Əliyev arasında yaranmış dostluq münasibətlərini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər.

Maqomedali Maqomedovun nurlu xatirəsi daim qəlbimizdə yaşayacaq.

Bu ağır itki ilə əlaqədar sizin kədərinizə şərik çıxır və səmimi qəlbdən başsağlığı verirəm.

Allah rəhmət etsin!”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92947