Prezident daha bir fərman imzaladı

image-3backend

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” bəzi fərmanlarda dəyişiklik edilib.

Busaat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla müəyyən edilib ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində, 12-ci maddəsinin 5-ci hissəsində, 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində və 13-1-ci maddəsinin 5-ci hissəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 12-ci və 13-1-ci maddələrinin 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə müvafiq ərazidə tikintiyə icazə verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. normativ hüquqi aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatlandırma mexanizmi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.3. həmin Məcəllənin 13-1-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə tikinti obyektlərinin inşasına və quraşdırılmasına tikintiyə icazə icraatı çərçivəsində fəaliyyət sferasına (maraqlarına) toxunulan və rəy alınması zəruri olan qurumların siyahısı, onlar tərəfindən verilmiş rəylərin əhatə dairəsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.4. həmin Məcəllənin 13-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, tikinti əmsalına qismən cəlb edilmiş torpaq sahəsinin başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçən əsaslı tikili olmayan hissəsində tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvəqqəti tikililər barədə məlumatların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci, 2.1-1-ci və 2.1-2-ci bəndlər müvafiq olaraq 2.1-2-ci, 2.1-ci və 2.1-3-cü bəndlər hesab olunsun;

4.2. 2.1-ci bənddə “həmin Məcəllənin” sözləri “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində, 12-ci maddəsinin 5-ci hissəsində, 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 13-1-ci maddəsinin 5-ci hissəsində,” sözləri ilə əvəz edilsin;

4.3. 2.1-2-ci bənddə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin” sözləri “həmin Məcəllənin” sözləri ilə əvəz olunsun, həmin bəndə “47-ci” sözlərindən əvvəl “45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində,” sözləri əlavə edilsin və həmin bənddən “9-cu maddəsinin 3-cü hissəsində, 12-ci maddəsinin 5-ci hissəsində,” sözləri çıxarılsın;

4.4. 2.1-3-cü bəndə “Məcəllənin” sözündən sonra “12-ci maddəsinin 5-ci hissəsində, 13-1-ci maddəsinin 5-ci hissəsində,” sözləri əlavə edilsin;

4.5. aşağıdakı məzmunda 2.1-1-ci və 2.1-4-cü bəndlər əlavə edilsin:

“2.1-1. həmin Məcəllənin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

“2.1-4. həmin Məcəllənin 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə müvafiq ərazidə tikintiyə icazə verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar;”;

4.6. 2.2-1-ci bənd ləğv edilsin.

5. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 iyun tarixli 99 nömrəli Fərmanı) 1-ci hissəsinin üçüncü abzasından “dincə qoyulmuş torpaqlar,” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 439 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.3-cü bənddən, 2.3.2-ci yarımbənddən (hər iki halda) və 3.3-cü bənddən ismin müvafiq hallarında “(uqodiyalar)” sözü çıxarılsın;

6.2. 6.1.1-ci yarımbənddən “(uqodiyalarına)” və “dincə qoyulmuş torpaqlara,” sözləri çıxarılsın.

7. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 328 (Cild I) 1.2-ci bəndində “, çoxillik əkmələrin altında olan və dincə qoyulmuş kənd təsərrüfatı yerlərinin (uqodiyaların)” sözləri “və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin” sözləri ilə əvəz edilsin.

8. Bu Fərmanın 1-ci və 3 – 7-ci hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki