Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
  • USD1.7000
  • EUR1.8652▲0.0021
  • 100 RUB2.0757▲0.0195
  • GBP2.2298▲0.0027
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6576▲0.0004
  • 100 KZT0.3715▼0.0006
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0672▼0.0008
  • CHF2.0375▼0.0054
Gündəm

Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sərt tənqid etdi - Şuşada nə işin var sənin?

Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sərt tənqid etdi - Şuşada nə işin var sənin?
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə yüksək çinli məmurların Şuşaya maraq salmasından da danışıb. Busaat.az xəbər verir ki, dövlət başçısı müsahibəsində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovu və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevi sərt tənqid edib: "Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin".
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=15177