Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin62 761 $▼2.58%
  • Ethereum1 721 $▼2.97%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Prezident Laçın-Xankəndi yolundakı vəziyyətdən danışdı

image-ilham
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Dekabrın 12-dən etibarən 1000-ə yaxın nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolu ilə hər iki istiqamətdə keçidi təmin olunub”.

Busaat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Ann Buayonun etimadnaməsini qəbul edərkən bildirib.

Dövlət başçısı son dövrlərdə Azərbaycan ərazisində Laçın-Xankəndi yolunun guya bağlanması barədə Ermənistanın əsassız iddialar irəli sürdüyünü qeyd edərək, bu iddiaların tamamilə yalan və cəfəng olduğunu deyib.

Prezident İlham Əliyev bildirib ki, Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə mülki təyinatlı yüklərin və mülki şəxslərin bu yolla daşınması təmin edilir.

Ölkə başçısı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasının və ölkəmizin bu yataqlar üzərində daimi monitorinqinin təmin edilməsinin vacibliyini vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98432