Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Prezident Numan Kurtulmuşu qəbul etdi - Foto

image-prezident
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev noyabrın 21-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.

Busaat.az  xəbər verir ki, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlət başçısını təbrik edib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Dövlət başçısı təbrikə görə minnətdarlığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91198