Prezident İlham Əliyev Xalq yazıçısı Mövlud Süleymanlı ilə bağlı Sərəncam imzalayıb.
Busaat.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu ilin martında M. Süleymanlının 80 yaşı tamam olub.