Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putin tərəfindən general-mayor rütbəsinə layiq görülməsi zamanı keçirdiyi hisslər barədə danışıb.
Busaat.az xəbər verir ki, bu barədə “Rossiya 24” məlumat yayıb.
Onun sözlərinə görə, prezidentin zəngini öyrənəndə qaçaraq telefona yaxınlaşıb və farağatda dayanıb.
“Prezident: Salam. Oturmusan?”. Mən deyirəm: “Vladimir Vladimiroviç, sizinlə danışanda farağatda dayanıram. O deyir: “Bunun üçün səbəb var”. Fərmanı oxudu və təbrik etdi”, – deyə R.Kadırov bildirib.
O, bu rütbənin sadəcə hərbi deyil, qeyri-adi bir rütbə olduğunu vurğulayıb:
“Ali Baş komandan özü deyir ki, fərman imzalayıb və təbrik edir… Sadəcə, prezident deyil, dahi insan, müdrik siyasətçi, dünyada ən nüfuzlu şəxsdir”.