
“Prezidentimizi qarşılamaq üçün Qarabağdayıq”
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Zəngilanda səfərdədir.
Busaat.az xəbər verir ki, səfir bu barədə məlumatı öz rəsmi tviter hesabında paylaşıb.
Səfir, həmçinin səfərdən fotolar paylaşıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edəcək. Ərdoğan səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.


























