Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 047 $▼4.66%
  • Ethereum1 919 $▼4.90%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Prezidentin töhmətlə cəzalandırdığı məmurlar – SİYAHI

image-ilham-5-jpg-1733736362
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət verib.
Bununla bağlı prezidentin imzalandığıSərəncamda deyilir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilir.
Bakupost.az
Qeyd edək ki, dövlət başçısı məmurlarla bağlı bu cəza tədbirindən nadir hallarda istifadə edir. Demək olar ki, bu, praktikaya 2-3 ildən bir rast gəlinir.
Bakupost.az -ın araşdırmasına görə, bundan əvvəl Prezident İlham Əliyev 21 aprel 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edib.
Bakupost.az
21 avqust 2017-ci ildə isə prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib.
Bakupost.az
Son illər töhmət alan şəxslər arasında YAP-çı deputat Siyavuş Novruzov da var.
Bakupost.az
Belə ki, ona da COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyası tərəfindən töhmət elan edilib.
Qeyd edək ki, o zaman keçmiş deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olmuşdu.
Toyda Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak etmişdlər.
5 oktyabr 2024-cü ildə isə baş nazir Əli Əsədov 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan etmişdi.
Bakupost.az
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=160145