Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 585 $▼3.87%
  • Ethereum1 833 $▼4.92%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Prezidentin yeni təyin etdiyi xüsusi nümayəndəsi kimdir? - DOSYE

image-1672405682_1651668127_1651666382_ggg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Rasim oğlu Hacıyevi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edib.

Busaat.az yeni təyin olunan xüsusi nümayəndənin bioqrafiyasını təqdim edir.

Vahid Hacıyev 19 aprel 1983-cü ildə Bakı şəhərində anadan olub və buradakı 2 saylı Texniki-Humanitar liseydə orta məktəbi bitirib. 2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2005-ci ildə isə həmin universitetdə Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər üzrə magistr təhsilini alıb.

Daha sonra 2019-cu ildə İngiltərənin Koventri şəhərində yerləşən Vorvik Universitetində Biznesin İdarə Edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. Rus, ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

Əmək fəaliyyətinə 2004-cü ildən Deloitte Azərbaycan şirkətində aparıcı auditor kimi başlamışdır. 2007-2009-cu illərdə BP Azərbaycan şirkətində vergi üzrə analitik, 2007-2010-cu illərdə vergi üzrə müşavir, 2012-2014-cü illərdə BP Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vergi hesabatlılığı idarəsinin rəhbəri, 2014-2017-ci illərdə həmin şirkətin icra aparatının rəhbəri olaraq çalışmışdır. 2017-2019-cu illərdə həmin şirkətdə Dayaz su Abşeron yarımadası üzrə hasilat bölgüsünün kommersiya üzrə rəhbəri, 2019-2020-ci illərdə isə BP Azərbaycan şirkətinin bütün kəşfiyyat layihələri üzrə kommersiya direktoru vəzifələrini tutub.

Daha sonra 2020-2022-ci illərdə bitkiçilik və iri taxılçılıq növü üzrə fəaliyyət göstərən “Agro Dairy” MMC-də direktoru vəzifəsində çalışıb.

04 may 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

V.Hacıyev, 22 iyul 2022-ci ildən həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının sədri təyin edilib.

Son olaraq, 22.06.2022-ci ildə Vahid Hacıyevə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.BAKU.WS

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95794