“PSJ”nin baş məşqçisi Kilian Mbappenin zədəsindən danışdı

image-luis-enrikebackend

“PSJ”nin baş məşqçisi Luis Enrike klubun hücumçusu Kilian Mbappenin Fransa çempionatının 6-cı turunun “Marsel”lə oyununda aldığı zədədən danışıb.

Busaat.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Parisin “Park des Princes” stadionunda keçirilən görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Kilian Mbappe? Çox ciddi problem deyil, amma ağrı vardı deyə, oynamaq çətin idi. Meydanı tərk etmək daha məntiqli idi. Amma ciddi bir şey yoxdur, hər şey qaydasındadır”, – RMC Sport Enrikenin sözlərindən sitat gətirir.

Xatırladaq ki, Mbappe meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. Onun yerinə meydana portuqaliyalı hücumçu Qonçalo Ramos daxil olub. Bu mövsüm futbolçu bütün turnirlərdə beş matçda iştirak edib və səkkiz qol vurub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki