“PSJ” transfer pəncərəsinin bağlanmasına bir dəqiqə qalmış Kolo Muani ilə müqaviləni tamamladı

image-kolo-muanibackend

“PSJ” fransalı hücumçu Randal Kolo Muaninin transferi üçün Frankfurt “Ayntraxt”ı ilə müqavilə bağlaya bildi.

Busaat.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Mənbə bildirib ki, Paris klubunun rəhbərliyi transfer pəncərəsinin bağlanmasına bir dəqiqə qalmış futbolçunun Peşəkar Futbol Liqasına transferi üçün sənədlər göndərib.

Randal Kolo Muani “PSJ” ilə 5 illik müqavilə imzalayıb. Bundan əvvəl hücumçu Almaniyanın “Ayntraxt Frankfurt” klubunda çıxış edib. Mətbuatın verdiyi məlumata görə, transfer məbləği 75 milyon avro və bonuslar olub.

Transfermarkt internet portalı fransız futbolçunun bazar dəyərini 80 milyon avro qiymətləndirir. Ötən mövsüm Kolo Muani “Ayntraxt”ın heyətində bütün turnirlərdə 46 oyun keçirib, 23 qol vurub, 17 məhsuldar ötürmə edib.

“PSJ” Liqa 1 turnir cədvəlində beşinci yerdədir, Luis Enrikenin komandası beş oyundan səkkiz xal toplayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90