Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.83 $▲1.19%
  • WTI neft85.65 $▲0.75%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.188 $▲3.27%
  • Qızıl3 852 $▼0.66%
  • Gümüş47.18 $▼0.64%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 816 $▼1.54%
  • Ethereum1 794 $▼1.38%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

PSJ üçün ilk, "Bavariya" üçün 6-cı titul şansı - YENİLƏNİR

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.

Busaat.az xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç “Estadio da Luş” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və “Bavariya” indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, “Barvariya” 11 topla cavab verib.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.

Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə “Bavariya” 1975/1976 mövsümündə “Sent-Etyen”i 1:0 hesabı ilə üstələyib.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) – “Bavariya” (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

“Estadio da Luş” stadionu.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16281