Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Putin iclasda Narışkinlə mübahisə etdi: “Aydın danış…” + VİDEO

image-nariskin-502x315
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı qondarma Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LXR) Rusiyanın tərkibində tanınması qərarını dəstəklədiyini bildirib.

Busaat.az kommersant.ru-ya istinadən xəbər verir ki, onun bu sözlərindən sonra Rusiya Prezidenti Vladimir Putin iclasda müstəqilliyin tanınması məsələsinin müzakirə olunduğunu deyib. Narışkin bunun ardınca qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.

Putinlə Narışkinin dialoqu belə olub:

Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.

Putin: “Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?

Narışkin: Mən…

Putin: Aydın danışın.

Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm…

Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!

Narışkin: Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm…

Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.

Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71882