Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.78 $▲0.06%
  • WTI neft100.27 $▼0.52%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.99%
  • Qızıl4 074 $▲1.10%
  • Gümüş54.51 $▲1.41%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 647 $▲0.80%
  • Ethereum2 341 $▲0.88%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Dünya

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə CİA və Rusiya kəşfiyyatı arasındakı görüşü müzakirə edəcək

Vladimir Putin
Vladimir Putin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya prezidenti Vladimir Putin CİA və Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) arasında Ankarada keçirilən görüşlə bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşəcək.

Busaat.az xəbər verir ki, bu barədə Kremldən açıqlama verilib.

Açıqlamaya görə, Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirib.

İclasın mətbuat konfransında çıxış edən Putin bildirib ki, Rusiya nümayəndə heyətləri G20 və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatındakı müzakirələrin nəticələrini müzakirə edəcəklər.

“Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinin amerikalı tərəfdaşı ilə Ankarada baş tutan görüşünü də müzakirə edəcəyik” – deyə, Putin bildirib.

Ermənistanın paytaxtı İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etdiyinə işarə edən Putin, “Həm çoxtərəfli formatda, həm də Ermənistan rəhbərliyi ilə görüşün nəticələri ilə bağlı məsləhətləşmələrə ehtiyacı olan bir neçə məsələ var. Biz bunları müzakirə edəcəyik” – deyə, əlavə edib..

Qeyd edək ki, Noyabrın 14-də Ankarada Milli Kəşfiyyat Təşkilatının (MİT) ev sahibliyi ilə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Burns ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Nariskin arasında görüş keçirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91947