“Putin və Zelenski arasında görüş təşkil etmək istəyirik” – Ərdoğan

image-erdoganturkiye2backend

 Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığının genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Biz taxıl dəhlizinin təşkili və hərbi əsirlərin mübadiləsi ilə başlayan prosesin davam etdirilməsindən çox qürur duyuruq. İndi bizim məqsədimiz müharibəni dayandırmaq üçün tez bir zamanda Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etməkdir” -deyə, Ərdoğan qeyd edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirməklə diplomatik sahədə əhəmiyyətli uğurlar əldə edib. Türkiyə prezidenti bildirib ki, taxıl dəhlizi ilə artıq Ukraynadan 5 milyon tondan çox ərzaq ixrac edilib. Bundan başqa, Ərdoğan Türkiyənin ŞƏT-lə əməkdaşlığının genişləndirilməsinin tərəfdarı olduğunu da əlavə edib.

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin təklifinin aktuallığına “hazırda Ukrayna ilə danışıqlar perspektivi yoxdur” cavabını verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90