Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft109.78 $▲0.06%
  • WTI neft100.27 $▼0.52%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.067 $▲0.99%
  • Qızıl4 074 $▲1.10%
  • Gümüş54.51 $▲1.41%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 647 $▲0.80%
  • Ethereum2 341 $▲0.88%
  • S&P 5007 723▲0.60%
16°Bakı
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
  • USD1.7011
  • EUR1.9051
  • 100 RUB2.1019
  • GBP2.2720
  • TRY0.0342
  • AED0.4632
  • CNY0.2545
  • GEL0.6547
  • 100 KZT0.3765
  • UAH0.0374
  • 100 JPY1.0814
  • CHF2.0607
Analitika

Putin Yaxın Şərq məsələlərində Netanyahu ilə güzəştə gedib? - KİV

image-putin-netanyahu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Yaxın Şərqdəki maraqlarla bağlı kompromis əldə etdiyini iddia edib.

Busaat.az RİA Novosti-yə istinadən xəbər verir ki, İsrail baş nazirinin sözlərinə görə, İran ordu yaradaraq onu İsraillə sərhədə yaxın Suriyada yerləşdirmək istəyir. Bundan əlavə, Tehran nüvə silahı yaratmaqla yəhudi dövlətini məhv etməyə və onun sakinlərini təhlükə qarşısında qoymağa çalışır.

“Mən əvvəlcə Putinə dedim: Bax, bizim seçimimiz var: ya qarşıdurmaya gedə bilərik, ya da ümumi dil tapa bilərik. İsrail sərbəst hərəkət edir… Biz sizin Suriyadakı hərəkətlərinizə qarışmırıq, siz isə bizi rahat buraxırsınız. Biz İsrailin maraqlarına xidmət edən kompromis tapdıq və buna görə də Putin hesab edir ki, bu, Rusiyanın maraqlarını təhdid etmir”, – Netanyahu Fransanın LCI telekanalına deyib.

Siyasətçi əlavə edib ki, o və Putin “bir-birini tək qoymaq” qərarına gəliblər.

Netanyahu daha əvvəl qeyd edib ki, İsrail Rusiya ilə hərbi qarşıdurma istəmir.

O, etiraf edib ki, iki ölkə arasında “mürəkkəb münasibətlər var”. Onun sözlərinə görə, bu, İsrail və Rusiya təyyarələrinin Suriya ilə sərhəddə bir-birindən az məsafədə uçması ilə bağlıdır. Netanyahu Təl-Əvivin azadlığa ehtiyacı olduğuna işarə edib. Gərginlik olarsa, bu, Moskva ilə qarşıdurmaya səbəb ola bilər, lakin siyasətçi belə bir vəziyyətin yaşanmasını istəmədiyini vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99489