Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft91.92 $▼6.53%
  • WTI neft86.07 $▼5.74%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.207 $▲6.09%
  • Qızıl4 134 $▲0.02%
  • Gümüş53.20 $▲0.16%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda591.25 ¢▼0.04%
  • Bitcoin74 740 $▼0.69%
  • Ethereum2 116 $▼0.78%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

PUTİNİN TƏRƏFDARLARI DA “ÜSYANA” QALXDI – “Bizə səfərbərlik də kömək etməyəcək”

image-media-1652193724_851adeae-bfca-4eb7-ac06-e8c5220b9319-vsim54l2y1kpu3f9qj7b
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kremlin tapşırığı əsasında hərəkət edən rus mediası son günlər açıq şəkildə Rusiya ordusunun Ukraynadakı manevrlərini tənqid etməyə başlayıb. Müharibənin bir neçə gün ərzində yekunlaşacağına inananlar, “xüsusi hərbi əməliyyat”ın iki aydan artıq davam etməsindən narahat olublar. İndi Rusiya ordusundan şikayətlənən təbliğatçıların əksəriyyəti son həftələrə qədər Qərbi nüvə zərbələri ilə hədələyərək – Böyük Britaniya, Fransa, Almaniya və Amerikanı hədəf göstərirdilər”.

Busaat.az bu mövzuda Britaniyanın “Daily Mail” nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edir: “Putinin təbliğat maşınına rəhbərlik edən Vladimir Solovyov son günlər rus ordusunu açıq şəkildə tənqid etməyə başlayıb. O, müharibənin uzanmasını “utancverici” hal adlandırıb”.

Rusiyalı jurnalist və hərbi ekspert Mixail Xodaryonok isə deyib ki, rus hərbçiləri vaxtı keçmiş silahlarla döyüşə göndəriliblər: “Təəssüf ki, bizə səfərbərlik də kömək etməyəcək. Çünki ölkədə yeni hərbi birləşmələr yaratmaq üçün ehtiyat yoxdur”.

Putinin təbliğatçılarından olan jurnalist Aleksandr Sladkov isə rus komandirləri tənqid edib: “Onlar biabırçı dərəcədə qətiyyətsizdirlər. Rusiya qoşunları say üstünlüyü olmadan Ukrayna qüvvələrini sıxışdırıb çıxara bilməz”.

Solovyovun verilişində iştirak edən analitik Konstantin Sivkov bildirib ki, Ukraynanın əsas sənaye şəhərlərinə nəzarət edilməsə, Rusiya iqtisadiyyatı müharibəni davam etdirə bilməyəcək.

Adətən Rusiya Silahlı Qüvvələrini qüdrətli, Putin rəhbərliyini isə güclü və qətiyyətli göstərməyə çalışan rus mediasının səsinin dəyişməsi olduqca maraqlıdır”.“AzPolitika.info”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=77047