
Putinlə Şarl Mişel arasında telefon danışığı oldu
Rusiya Prezidenti Vladimir Putin bu gün Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə telefonla danışacaq.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Qeyd edək ki, cari il ərzində Putin və Mişel arasında daha əvvəl də telefon danışığı baş tutub. Bu zaman tərəflər Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmişdi.
***
Putin və Mişel arasında telefon danışığı baş tutub. Bu barədə Mişel öz rəsmi tviter hesabında paylaşım edib. Onun sözlərinə görə, söhbət zamanı Putini Pasxa münasibətilə Mariupol və digər şəhərlərdən humanitar dəhlizlərin açılmasına çağırıb.























