Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft93.19 $▼5.24%
  • WTI neft87.34 $▼4.35%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.220 $▲6.52%
  • Qızıl4 114 $▼0.46%
  • Gümüş52.86 $▼0.48%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 521 $▼0.27%
  • Ethereum2 118 $▼0.32%
  • S&P 5007 546▲2.32%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Putinlə Zelenski bu tarixdə görüşə bilər: "Putin razılaşıb..."

image-putinzelenskikreml
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Putin və Zelenski görüşə bilər.
Busaat.az  xəbər verir ki, bu il G20 Liderlər Sammitinə ev sahibliyi edəcək İndoneziya prezidenti Coko Vidodo Putin və Zelenskiyə dəvət göndərdiyini açıqlayıb.
Dünyanın ən böyük iqtisadiyyatları arasında yer alan ölkələrdən ibarət G-20-nin zirvə toplantısı bu ilin payızında İndoneziyada keçiriləcək.
Bu il qlobal iqtisadi foruma sədrlik edən İndoneziya çətin sınaq qarşısında qalıb. Çünki Qərb liderləri Rusiyanın qrupdan çıxarılmasını tələb edirlər. Bununla belə, prezident Coko Vidodo nə Rusiyadan, nə də Ukraynadan əl çəkmək niyyətində deyil.
Ukrayna prezidenti Volodimir Zelenski öz “Twitter” hesabında indoneziyalı həmkarı Coko Vidodo ilə telefon danışığı apardığını və Vidodonun onu G20 sammitinə dəvət etdiyini açıqlayıb.
Müharibənin hər iki tərəfini G20 sammitinə dəvət etmək iki liderin nəhayət görüşə biləcəyi gözləntilərini artırıb. İndoneziya prezidenti isə atəşkəs danışıqlarına kömək etməyə hazır olduğunu bildirib.
Rusiyanın Cakartadakı səfiri Lyudmila Vorobyova bildirib ki, Rusiya prezidenti Vladimir Putin bu il G20 sammitində iştirak etməyi planlaşdırır.
Kremlin sözçüsu Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin bu sammitə qatılıb-qatılmayacağı ilə bağlı hələlik heç bir məlumatının olmadığını bildirib:
“Rusiya prezidenti Vladimir Putinin İndoneziyada keçirilməsi planlaşdırılan G20 sammitinə qatılıb-qatılmayacağına dair qərar verilməyib. Müvafiq qərar verildikdə sizə məlumat verəcəyik”.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=76399