Qadın işçisini döyən rəislə bağlı qərar verildi

image-1649957209_mehkeme-1backend

Gəncə Apellyasiya Məhkəməsində Şəmkir rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilib.

Belə ki, Vazeh Vəliyevin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2021-ci ildə Şəmkir rayon sakini Aliyə Kazımovanın rayonun Kür qəsəbəsi Mənzil Təmir İstismar Sahəsinin sabiq rəisi Vazeh Vəliyevin qanunsuz hərəkətləri barədə rayon prokurorluguna daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, Vazeh Vəliyev MTİS-in rəisi vəzifəsində işləyərkən həmin idarədə kargüzar işləyən Aliyə Kazımovanın idarədaxili intizam qaydalarını pozmadığı halda söhbət etməsini bəhanə edib xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan qanunsuz hərəkətlər etməklə vəzifə səlahiyyətlərini aşıb ona zor tətbiq edib öldürəcəyi ilə hədələməklə, həmçinin idarənin normal iş fəaliyyətini pozmaqla sonuncunun hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurub.

Vazeh Vəliyev Cinayət Məcəlləsinin 309.2-ci (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki