Bugünlərdə “Qalatasaray”dan ayrılan Bafetimbi Qomis karyerasını Azərbaycanda davam etdirə bilər.
İstanbul təmsilçisinin müqaviləsinin müddətini yeniləmədiyi hücumçu “Qarabağ”a təklif olunub.
38 yaşlı fransalı ulduzun menecerləri onun uyğun qiymətə bura gələ biləcəyi haqda Ağdam klubunu məlumatlandırıblar.
Əgər təklifə maraq duyulsa, müqavilə şərtləri müzakirəyə çıxarılacaq.