“Qalatasaray” “Qarabağ”ın 16 yaşlı futbolçusunu heyətinə qata bilər

image-cea5af0f-3fcc-43d0-9a30-1d5524899af0backend

Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 16 yaşlı futbolçusu Nihat İskəndərovu heyətinə qata bilər.

Busaat.az xəbər verir ki, oyunçu artıq İstanbul klubunun düşərgəsində olub.

O, bir müddət Türkiyə nəhənginin bazasında məşqlər edib. Futbolçu ilə bağlı yekun qərar isə hələ verilməyib.

Qeyd edək ki, “Qarabağ”ın əsas komandasının futbolçusu Toral Bayramov da “Qalatasaray”ın maraq dairəsindədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki