Qanada prezident və parlament üzvlərini müəyyən etmək məqsədilə seçki prosesi start götürəcək.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Afrikada müstəqillik qazanan ilk ölkə olan Qana 1992-ci ildə “Dördüncü Respublika” sisteminə keçdikdən sonra sabah 9-cu dəfə öz prezidentini seçəcək.
Təxminən 34,4 milyon əhalisi və 18,7 milyon seçicisi olan Qanada səsvermə prosesi 16 əyalətdə müəyyən edilmiş 40 min 976 seçki qutusunda baş tutacaq.
Seçicilər 275 parlament üzvü ilə yanaşı ölkə prezidentinin kim olacağını müəyyənləşdirəcək.
Zeyd Bağırzadə