Qanunda dəyişiklik: Bu şəxsləri həbs gözləyir – HƏR KƏS OXUSUN/RƏSMİ

image-meclisbackend

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Busaat.az  xəbər verir ki, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də birinci oxunuşda müzakirəyə təqdim olundu. Layihəyə əsasən, Azərbaycanda qaçaqmalçılıq maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullu ilə 50 min manatdan yuxarı məbləğdə pul vəsaitlərinin köçürülməsini təşkil etmiş fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi nəzərdə tutulub.

Dəyişikliyə əsasən, qeyd edilən əməllərin vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə və ya külli miqdarda, xüsusilə külli miqdarda törədilməsi bu cinayətin ağırlaşdırıcı tərkib hissəsi kimi nəzərdə tutulub. Layihəyə əsasən, eyni əməllər vəzifəli şəxslər öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və ya külli miqdarda, yəni 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğdə törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yuxarıda nəzərdə tutulan əməllər xüsusilə külli miqdarda, yəni 500 min manatdan yuxarı məbləğdə törədildikdə isə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Deputat Kamal Cəfərov bildirdi ki, qanunvericikdə Azərbaycana edilmiş tövsiyəyə əsasən, çirkli pullarla mübarizə qaydalarının əksini tapması nəzərdə tutulur. 50 min manatadək vəsaitin Azərbaycana köçürülməsi, yaxud Azərbycandan köçürülməsinə görə, qanunvericilik tələblərinin pozulması inzibati məsuliyyət, 50 min AZN-dən artıq vəsaitin qanunvericiliyin tələblərinə zidd gətirilməsi və ya göndərilməsi isə cinayət məsuliyyəti yaradacaq. Deputat dedi ki, bəzən layihə ilə bağlı yanlış məlumatlar yayılır. K.Cəfərovun sözlərinə görə, insanlar nə qədər istəsə, Azərbaycandan, yaxud da Azərbaycana pul köçürə bilər. Amma qanunvericiliyin tələblərinə əməl olunmalıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90