Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.19 $▲0.59%
  • WTI neft88.55 $▲0.34%
  • Avropa qazı (TTF)92.40 €▼1.39%
  • Təbii qaz (ABŞ)3.292 $▼1.20%
  • Qızıl3 892 $▼0.63%
  • Gümüş49.88 $▼0.73%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.25 ¢▲0.68%
  • Bitcoin69 131 $▼3.14%
  • Ethereum1 958 $▼2.97%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İdman

"Qarabağ"dan Nəriman Axundzadənin "Molde"yə transferi ilə bağlı - RƏSMİ AÇIQLAMA

image-10860
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ” klubu futbolçu Nəriman Axundzadənin Norveçin “Molde” klubuna mümkün transferi ilə bağlı məsələyə rəsmi münasibət bildirib.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Offsideplus.az saytına açıqlamasında 20 yaşlı hücumçunun keçidi ilə əlaqədar razılıq əldə olunmadığını bildirb.

“Bəli, “Molde” klubundan Nəriman Axundzadə ilə bağlı “Qarabağ”a təklif gəlib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb. Daha sonra norveçlilər bizimlə əlaqə saxlamayıblar”, – deyə A.Hacıyev deyib.

“Qarabağ” rəsmisi Nərimanın müqavilə imzalamaq üçün Norveçə yollanması xəbərini təkzib edib: “Nəriman Norveçə getməyib, komandamızla birgədir. Hazırda klubun düşərgəsindədir və çempionatın növbəti turu üçün Tovuza səfərə yollanır”.

Qeyd edək ki, gənc futbolçunun “Qarabağ”la 2028-ci ilədək müqaviləsi var. İddialara görə, “Molde” həmyerlimizin transfer hüquqlarına sahib olmaq üçün 400 min avro xərcləməyə hazır olub. Lakin Axundzadənin ən azı yaya qədər Norveç çempionatında görünməyəcəyi dəqiqdir. Çünki sözügedən ölkədə “transfer pəncərəsi” bu gün bağlanır. Yaz-payız sistemi ilə keçirilən Norveç çempionatında yeni mövsüm martın 29-da start götürəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=161026