“Qarabağ davasında iqtidarla müxalifət arasında fərqli münasibət yoxdur” – Natiq Cəfərli

“Qarabağ davasında iqtidarla müxalifət arasında fərqli münasibət yoxdur” – Natiq Cəfərlibackend

“Biz demirik Azərbaycanın yanında olun, sadəcə beynəlxalq hüququn və ümumbəşəri dəyərlərin yanında yer alın ”

Busaat.az xəbər verir ki, bunu Qarabağ münaqişəsi fonunda ölkənin siyasi arenasındakı mövcud vəziyyəti dəyərləndirən “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

Natiq Cəfərli qeyd edib ki, Qarabağ davamızda, beynəlxalq hüquq çərçivəsində öz ərazimizin işğaldan təmizləmə məsələsində iqtidar-müxalifət arasında fərqli münasibət yoxdur, ola da bilməz:

“Bütün işğal altında olan torpaqlarımız düşmən tapdağından qurtulmalıdır. Bu, həm də ona görə vacibdir ki, beynəlxaq güclər heç bir xəyala qapılmasınlar və Qarabağ məsələsinə fərqli baxan siyasi qüvvə axtarmasınlar. Qarabağ məsələsində məmləkət tək ürək, tək biləkdir. Qarabağımızı işğaldan azad etdikdən sonra iqtisadi, sosial, siyasi məsələlərlə bağlı problemlərə fokuslanıb, həll etməyə çalışacağıq. O zaman iqtidarla müxalifət sağlam rəqabət şəraitində mübarizə aparmalıdır, inkişaf həmişə rəqabətdən doğur”.

N. Cəfərli vurğulayıb ki, dünya ölkələrindən Azərbaycana dəstək olmasını istəmirik, bizim istəyimiz odur ki, onlar haqqın-hüququn yanında olsunlar:

“Beynəlxalq hüquq bizə öz ərazimizdə qeyri-qanuni silahlı qruplara qarşı əməliyyat aparmağa imkan verir. BMT nizamnaməsi Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməsi üçün mandat tanıyır. İstənilən Beynəlxalq Hüquq qaydaları Azərbaycan ərazisində hərbi və antiterror əməliyyatları aparmağa zəmin yaradır,
ATƏT-in daxili qaydaları da bizim əməliyyata hüquqi əsas verir. Heç bir ölkə ərazisində qeyri-qanuni silahlı işğalçı qüvvələrin olmasına dözməz. Ona görə də hər hansı bir ölkə bizə çağırış edərkən özü eyni vəziyyətdə neçə davranacağını düşünsün, sonra danışsın”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90