Bu gün UEFA Avropa Liqasında 1/16 finalın ilk oyunları keçirilir.
QOl.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” da pley-offun ilk matçına çıxıb.
Ağdam təmsilçisi səfərdə “Braqa” ilə qarşılaşır. Portuqaliya klubu ilə oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda olacaq.
00:00. “Braqa” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 0:0 (Birinci hissə)
Baş hakim: Morten Kroq (Danimarka).
Braqa.”Munisipial de Braqa” stadionu