“Qarabağ”ın 42,4 milyonluq rəqibi – Prezidenti də naxçıvanlı imiş (FOTO)

image-1659000747_untitled-1backend

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş” klubu ilə qarşılaşacaq.

“Ferentsvaroş” Budapeşti təmsil edən Macarıstanın peşəkar futbol klubudur.

1659000659 fbf2a85fe2b751baa8307809ffc5cc1d1 jpg

Yarandığı gündən bəri 33 dəfə Macarıstan çempionu olub, 24 dəfə Macarıstan kubokunun qalibi olub, bir dəfə Yarmarkalar Kubokunun (UEFA Kuboku və Avropa Liqasının sələfi) finalında “Yuventus”a qalib gələrək çempion olub.

1659000659 c4b3057ebfc15162ff9596b836d539362 jpg

Komanda ev oyunlarını 22 min tamaşaçı tutumuna malik “Groupama Arena”da keçirir.
1659000660 1cd421e16d914a2ccaaa69e9f10866043 jpg

2011-ci il fevralın 25-də Macarıstan Milli Assambleyasının üzvü Qabor Qubadov “Ferentsvaroş”un prezidenti təyin edilib. 56 yaşlı Q.Qubadovun atası əslən naxçıvanlıdır, anası isə Macarıstandandır, ailəsi ötən əsrdə Azərbaycandan Macarıstana köç edib. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.

1659000661 b6ea5e6bd756133e6cbc96bc5baaad1a4 jpg

Hazırda “Ferentsvaroş”un nüfuzlu Almaniya portalı “Transfermarkt”dəki ümumi dəyəri 42,45 milyon avro göstərilib. Klubun ən bahalı futbolçusu isə Aissa Laïdounidir. Onun transfer dəyəri 3,5 milyon avrodur. Eyni zamanda klub dəyəri 3 milyon olan Marquinhos, Adama Traore adlı futbolçulara da malikdir. //baku.ws


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki