“Qarabağ”ın akademiyasına yeni məşqçi təyin olundu

image-1706241144_17062239541870615250_1200x630backend

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Busaat.az xəbər verir ki, klubdan verilən məlumata görə, Vüqar Əsgərli bundan sonra Ağdam təmsilçisinin akademiyasında çalışacaq.

O, “Qarabağ”ın U-15 komandasının baş məşqçisi təyin edilib.

Qeyd edək ki, son iş yeri I Liqa təmsilçisi “Şamaxı” olan Vüqar Əsgərli daha əvvəl 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi kimi çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki