“Qarabağ”ın Almaniyaya səfər proqramı bəlli oldu

image-c95e7a58-5779-3f8f-9692-246476ae04a9_850backend

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada yerli “Bayer 04” ilə üz-üzə gələcək “Qarabağ”ın səfər proqramı bəlli olub.

Busaat.az xəbər verir ki, “Köhlən atlar”ın mətbuat katibi Anar Hacıyevin “Report”a verdiyi məlumata görə, kollektiv sabah 19:00-da çarter reysi ilə Leverkuzenə yola düşəcək.

Matçdan bir gün əvvəl, yerli vaxtla 18:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 19:00-da komandanın açıq məşqi nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 26-da reallaşacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Qarabağ” və “Bayer 04” əvvəlki iki qarşılaşmada qələbə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki