“Qarabağ”ın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

image-cc89d4a0-9a0e-3dfe-8b4b-98f822a84f3b_850backend

“Qarabağ”ın futbolçusu Abdullah Zubir iki klubun diqqət mərkəzindədir.

Busaat.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, adı hələlik açıqlanmayan Fransa Liqa 1 təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

Səudiyyə Ərəbistanından “Əl-Riyad” da Zubiri transfer etmək istəyir.

Qeyd edək ki, Abdulla Zubir 2018-ci ildən “köhlən atlar”ın şərəfini qoruyur. Onun hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Peşəkar karyerasına Fransanın “Qrenobl” klubunda başlayan futbolçu bu ölkədə “İstr” və “Lans” kimi komandaların da formasını geyinib.Report

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90