“Qarabağ”ın futbolçusuna 3 milyonluq təklif

image-407879187_901523958009306_483625196323490957_nbackend

“Qarabağ”ın Avropa Liqasında uğurlu çıxışı komandanın üzvlərinin diqqət mərkəzinə düşməsinə səbəb olub.

Busaat.az “Offsideplus.az”a istinadən xəbər verir ki, “köhlən atlar”ın heyətində özünü yaxşı tərəfdən göstərənlərdən biri də Julio Romaodur. Braziliyalı yarımmüdafiəçi Rusiya və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır. Qış fasiləsində oyunçu üçün “Qarabağ”a rəsmi təkliflər gələcək.

25 yaşlı yarımmüdafiəçi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klublardan biri Julio Romao üçün 3 milyon dolları gözdən çıxarıb. Adı açıqlanmayan kollektiv yaxın zamanda “Qarabağ”la braziliyalı ilə bağlı danışıqlara başlayacaq.
Qeyd edək ki, Romao “Qarabağ”ın heyətində bu mövsüm 25 matçda 1 məhsuldar ötürmə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90