“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

image-166530_xbdejbi12zbackend

“Qarabağ”ın  Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə (Poznan, Polşa) səfər matçına indiyədək satılan biletlərin sayı açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Polşa klubunun rəsmi saytı məlumat yayıb. İndiyədək oyuna 22 mindən çox bilet satılıb, kassalarda isə 21 minə yaxın bilet qalıb. “Poznan” stadionunun ümumi tutumu 43 min nəfərdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq “Lex” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90