“Qarabağ”ın qapıçısının zədəsi SAĞALDI

image-1700478807_17004765241228561405_1200x630backend

UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniyanın “Bayer” komandasına qarşı keçirilmiş oyunda (0:1) zədələnən “Qarabağ”ın qapıçısı Andrey Lunyov məşqlərə başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rusiyalı qolkiper hələlik yüngül məşqlərlə kifayətlənir: “Lunyovun “Molde” ilə səfər matçında iştirak edib-etməyəcəyi isə matçdan əvvəl bilinəcək”.

Qeyd edək ki, Andrey Lunyovun “Bayer”lə görüşün 85-ci dəqiqəsində Luka Quqeşaşvili ilə əvəzlənib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki