“Qarabağ” Julionu “Sürix”lə oyunlar üçün sifariş etdi

image-167204_az5t2v1h8zbackend

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə qarşılaşacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib.

Busaat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, siyahıda Ağdam klubunun yeni transferi Julio Romao da var.

Qeyd edək ki, “Qarabağ” 24 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.

Xatırladaq ki, “Qarabağ” “Sürix”lə iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda qaşılaşacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki