Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.28 $▼2.37%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.250 $▲2.78%
  • Qızıl3 766 $▼0.54%
  • Gümüş45.60 $▼0.47%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin63 960 $▼1.41%
  • Ethereum1 791 $▼1.76%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

"Qarabağ"la oyun öncəsi "Ferentsvaroş"a UEFA-dan SƏRT CƏZA

image-1444662
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferentsvaroş” cəzalanıb.

Busaat.az offsideplus.az-a istinadən xəbər verir ki, UEFA Macarıstan klubunu 2-ci mərhələdə öz meydanında “Slovan”a (Bratislava, Slovakiya) qarşı oynanılan matçda (1:2) azarkeşlərinin irqçi şüarlar səsləndirməsinə görə cərimələyib. Budapeşt təmsilçisi 15 min avro cərimə ödəyəcək. Bundan başqa, macarların “Qarabağ”a qarşı keçirəcəyi cavab oyununda tribunaların bir hissəsi (B tribunasında azı min nəfərlik yer) bağlı olacaq.

“Ferentsvaroş” azarkeşlərin meydana yad əşyalar atması, həmçinin, təhqiredici və təxribat xarakterli sözlərə görə isə 50 min avro məbləğində cərimələnib. Müəyyən ictimai dəhlizlərin bağlanması səbəbindən isə 14 min avro ödəniləcək.

Qeyd edək ki, “Qarabağ” ilk görüşündə “Ferentsvaroş”la heç-heçə (1:1) edib. Komandalar arasında Budapeştdə keçiriləcək cavab oyunu avqustun 9-da baş tutacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83107